Modern.az

İrəvanla Dehli əməkdaşlığı dərinləşdirir

İrəvanla Dehli əməkdaşlığı dərinləşdirir

Dünya

11 İyul 2023, 17:30

"Ermənistan və Hindistan təhsil sahəsində səmərəli əməkdaşlıq edir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan-Hindistan parlament dostluq qrupunun rəhbəri Hakob Arşakyan hindistanlı deputat Açuta Samantaya ilə görüşdə bildirib.

 

"Bu ölkədən çoxlu tələbə Ermənistanın aparıcı universitetlərində təhsil alır. İrəvan Yeni Dehli ilə bir sıra sahələrdə əlaqələrin inkişafında maraqlıdır", - o söyləyib.

 

"Hindistanlı parlamentari iki xalq arasında dostluq əlaqələrinin dərinləşməsinin vacibliyini qeyd edib", - məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu