Modern.az

Bayden Ərdoğana təşəkkür etdi - YENİLƏNİB

Bayden Ərdoğana təşəkkür etdi - YENİLƏNİB

Dünya

11 İyul 2023, 20:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Zirvəsi çərçivəsində LITEXPO Sərgi Mərkəzində ABŞ prezidenti Co Bayden ilə görüşüb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan yenidən prezident seçilməsi münasibətilə ona göndərdiyi təbrik mesajına görə Baydenə təşəkkür edib. 

 

"İndi sizin seçkiyə hazırlıqlarınız var. Əvvəlcədən sizə uğurlar arzulayıram”, - Ərdoğan bildirib.

 

Bayden İsveçlə bağlı diplomatiyası və liderliyinə görə Ərdoğana təşəkkür edib.

 

Ərdoğanın Baydenlə görüşündə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun, müdafiə sənayesi rəhbəri Haluk Görgün və prezidentin baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.

 

 

***

17:44

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə ayaqüstü söhbət edib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Görüş Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO sammiti çərçivəsində baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu