Modern.az

Ukraynanın NATO-ya üzvlüyü sadələşdirildi

Ukraynanın NATO-ya üzvlüyü sadələşdirildi

Dünya

11 İyul 2023, 21:09

NATO ölkələrinin nümayəndələri Vilnüsdə keçirilən sammit zamanı Ukraynanın alyansa daxil olması prosedurunu sadələşdirmək barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə yekun qərar qəbul edilib.

 

Beləliklə, Ukrayna üzvlük üçün lazım olan Fəaliyyət Planının hazırlıq mərhələsini tamamlamaq məcburiyyətində olmayacaq.

 

“Biz 2008-ci ildə Buxarestdə Ukraynanın NATO-ya üzv olması ilə bağlı üzərinə götürdüyümüz öhdəliyi bir daha təsdiqləyirik”, - qərarda deyilir.

 

NATO-nun baş katibi Yens Stoltenberq ilkin planın ləğv edilməsini və Ukrayna-NATO Şurasının yaradılmasını Ukraynanın üzvlüyünə doğru "aydın yol" adlandırıb. 

 

Məlumat üçün bildirək ki, NATO-nun Üzvlük Fəaliyyət Planı (MAP) alyansa yeni üzvlərin qəbulu üçün proqramdır. Proqramda siyasi, iqtisadi, hərbi və hüquqi sahələrdə islahatlar öz əksini tapıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu