Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Pentaqon rəhbərinin köməkçisinin müavini Laura Kuperlə görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş ABŞ-da baş tutub.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ təhsil proqramlarının həyata keçirilməsi, Ermənistan ordusunda islahatlar prosesi və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın digər məsələləri müzakirə edilib.