"Çox şadam ki, Böyük Britaniya azərbaycanlı tələbələr üçün ən populyar istiqamətlərdən biri olaraq qalır".
Modern.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld tviter səhifəsində yazıb.
"Birləşmiş Krallıq universitetlərində təhsil almaq istəyən tələbələrin sayı ildən-ilə artır. Tələbələri Böyük Britaniya təhsilinə təşviq etməkdə "British Council"in rolu çox önəmlidir", - o qeyd edib.
Çox şadam ki, ?? azərbaycanlı tələbələr üçün ən populyar istiqamətlərdən biri olaraq qalır. UK universitetlərində təhsil almaq istəyən tələbələrin sayı ildən-ilə artır.
— FergusAuldFCDO (@FergusAuldFCDO) July 12, 2023
Tələbələri Böyük Britaniya təhsilinə təşviq etməkdə @azbritish -in rolu çox önəmlidir. pic.twitter.com/zOnnz70jd6