Modern.az

Qriqoryan Rusiyadan gileyləndi

Qriqoryan Rusiyadan gileyləndi

Dünya

12 İyul 2023, 12:30

"Rusiyanın Ermənistana müqavilə əsasında silah və sursat verməməsi məsələsi Ermənistan-Rusiya münasibətlərinin gündəmində qalmaqda davam edir, lakin bu yaxınlarda Minskdə Təhlükəsizlik Şurası katiblərinin Rusiya tərəfi ilə görüşündə bu məsələ müzakirə olunmayıb".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

 

Onun fikrincə, həllini tapmaq üçün bütün problemlər açıq və sakit şəkildə tərəfdaşlarla müzakirə edilməlidir. Təhlükəsizlik Şurasının katibi bu problemlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini qeyd edib və onların həll olunacağına ümid etdiyini bildirib.

 

"İrəvan Rusiya və ABŞ-ın nüvə təkliflərini bu ölkələr arasında münaqişə kontekstində nəzərdən keçirmir, Ermənistanın maraqları və imkanları baxımından müzakirə edir", - Qriqoryan əlavə edib.

 

O, yekun qərarın bu prinsiplər əsasında veriləcəyinə əminliyini ifadə edib. Qriqoryan bildirib ki, ABŞ və Rusiyadan başqa, Ermənistan nüvə enerjisi sahəsində Cənubi Koreya və Fransadan təkliflər alıb.

 

"Bu, müxtəlif ölkələrlə əməkdaşlığımızın genişləndirilməsi kontekstində çox yaxşı fürsətdir. İrəvanda yeni AES-in tikintisi və ya mövcud stansiyanın modernləşdirilməsi ilə bağlı yekun qərarın qəbulu üçün müzakirələr davam edir", - katib söyləyib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu