Modern.az

F-16-lar bu tarixdə Ukrayna səmasında olacaq - Kuleba açıqladı

F-16-lar bu tarixdə Ukrayna səmasında olacaq - Kuleba açıqladı

12 İyul 2023, 12:48

"F-16-lar 2024-cü ilin birinci rübündə Ukraynanın hava məkanında olacaq".

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

"Təlimlər avqustda, bəlkə də sentyabrın əvvəlində başlamalıdır. Paralel olaraq, təyyarələrin təhvil verilməsi üçün zəruri olan hüquqi qərarların hazırlanması işləri aparılacaq. Düşünürəm ki, gələn ilin birinci rübünün sonunadək birinci F-16-lar Ukrayna havasında uçacaq, ukraynalı pilotların nəzarəti altında olacaq", - o qeyd edib.

 

"Sonra isə bu, qrafikə uyğun olacaq. Cədvəl dəyişdirilə bilər, çünki nüanslar var - mühəndisləri, texnikləri, infrastrukturu hazırlamaq lazımdır", - Kuleba əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu