"Ukrayna NATO-ya həmişəkindən daha yaxındır".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
"Mən Ukrayna rəsmiləri ilə NATO tərəfdaşları kimi görüşəcəyimiz günü gözləyirəm", - o əlavə edib.
Baş katib qeyd edib ki, Ukrayna şərtlər yerinə yetirildikdən sonra alyansın bir hissəsi olacaq.
"Müttəfiqlər tələblərin yerinə yetirilməsi ilə razılaşdıqda biz Ukraynanı NATO-ya dəvət edəcəyik. Ukrayna uzunmüddətli təhlükəsizlik zəmanəti alacaq. Bu, müharibənin sonunda Rusiyanı çəkindirməyə kömək edəcək, Ukrayna isə NATO-ya üzv olacaq", - baş katib bildirib.