Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının ilk iclasının açılışını edib.
Modern.az xəbər verir ki, şuranın iclasında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
“Bu, tarixi məqamdır. Ukrayna və NATO ölkələri Avro-Atlantik təhlükəsizliyinə ümumi baxışı müzakirə etmək üçün yanaşı oturublar”, - Stoltenberq deyib.
O, həmçinin Volodimir Zelenskiyə Ukrayna torpaqlarını azad etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirməyi vəd edib.
Bundan sonra Ukrayna-NATO Şurasının iclasının qapıları mətbuat üçün bağlanıb. Hazırda iclas qapalı rejimdə davam edir.
***
Ukrayna-NATO Şurasının ilk iclası başlayıb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski toplantı çərçivəsində ABŞ-dan olan həmkarı Co Baydenlə görüşüb.
Şuranın iclasını NATO baş katibi Yens Stoltenberq açıb.
İclasda Ukrayna üçün təhlükəsizlik təminatları, silah təchizatı və NATO-ya üzvlük müzakirə olunacaq.