Modern.az

Ermənilər Paşinyanın sülh vədlərinə inanır - SORĞU

Ermənilər Paşinyanın sülh vədlərinə inanır - SORĞU

Dünya

12 İyul 2023, 16:02

Ermənistan əhalisinin 66 faizi baş nazir Nikol Paşinyanın sülh vədlərinə inanmır.

 

Modern.az xəbər verir ki, bu barədə “Pastinfo” saytı məlumat yayıb.

 

Adıçəkilən KİV “YouTube” kanalı vasitəsilə Ermənistan vətəndaşları arasında hakimiyyətin sülh vədlərinə dair sorğu keçirib. Rəy sorğusunda iştirak edənlərin yarıdan çoxu sülh vədlərinə inanmadığını söyləyib.

 

“İnanırsınızmı ki, Nikol Paşinyan Ermənistan suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqla Azərbaycanla sülhün bərqərar olmasına nail olacaq?” sualına cavab verən 5600 respondentin 66 faizi erməni Baş nazirin sülh vədlərinə inanmadığını, 26 faizi bunun mümkün olduğunu, 3 faizi isə birmənalı olaraq Paşinyanın vədlərinə inandığını vurğulayıb.

 

Sorğuda iştirak etməsi üçün müraciət ünvanlanan respondentlərin 5 faizi ümumiyyətlə bu haqda danışmaq istəmədiyini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov