Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Respublikası Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, həmkarlar Ermənistan-Fransa parlamentlərarası əməkdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.
"Biz həmişə Ermənistanın yanındayıq. Bundan sonra da səylərimizi əsirgəməyəcəyik", - Fransa Milli Assambleyasının sədri deyib.
"Ermənistan Fransa prezidenti Emmanuel Makronun ardıcıl vasitəçilik səylərini, həmçinin parlamentarilərin dəstəyini və Ermənistanla daimi təmaslarını yüksək qiymətləndirir", - Alen Simonyan qeyd edib.
Aİ-nin Ermənistandakı müşahidə missiyasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.