"Norveç Hərbi Hava Qüvvələrinin P-8A “Poseydon” patrul təyyarəsi tərəfindən Rusiya Federasiyasının dövlət sərhədləri pozulub".
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bunun qarşısını almaq üçün MiQ-31 qırıcısı havaya qaldırılıb", - deyə rəsmi açıqlamada qeyd olunub.
Lakin hadisənin detalları açıqlanmayıb.