ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ABŞ tərəfindən maliyyələşdirilən 1 milyon dollar dəyərində minalarla mübarizə humanitar layihəsini müzakirə etmək üçün Minalar üzrə Məsləhət Qrupunun ölkə direktoru Canet Dijkstra və onun komandası ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində məlumat verilib.
"Layihə artıq Azərbaycanın minatəmizləmə üzrə QHT, Beynəlxalq Avrasiya Mətbuat Fondunu dəstəkləyən həm azərbaycanlı qadınlardan, həm də kişilərdən ibarət 14 nəfərlik iki minatəmizləmə komandasına təlim keçir", - deyə məlumatda qeyd olunub.
Müvəqqiti işlər vəkili Hüqo Qevara ABŞ tərəfindən maliyyələşdirilən 1 milyon dollar dəyərində minalarla mübarizə humanitar layihəsini müzakirə etmək üçün Minalar üzrə Məsləhət Qrupunun ölkə direktoru Canet Dijkstra və onun komandası ilə görüşdü. Layihə artıq Azərbaycanın… pic.twitter.com/V24JXVIf9e
— U.S. Embassy Baku (@USEmbassyBaku) July 13, 2023