"Gerbin dəyişdirilməsi ilə bağlı iş getmir, amma bəzi məsələləri düşünmək lazımdır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Mədəniyyət və İdman Nazirliyindən bildirilib.
Nazir Janna Andreasyan jurnalistləri əmin edib ki, heç kim heç bir qrup yaratmayıb, konkret əsərlər yoxdur.
"Amma baş nazirin sözlərindən sonra bir çox ekspertlər bu məsələ ilə bağlı öz fikirlərini bildirir, onları dinləmək və aydınlaşdırılması lazım olan problemlər barədə düşünmək lazımdır. Dövlət rəmzlərində hər hansı dəyişiklik barədə düşünülməli, ölçü götürülməlidir”, - o qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkənin gerbini tənqid edib. O deyib ki, Ermənistan gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur.