Almaniyanın xarici işlər üzrə dövlət naziri Tobias Lindner tezliklə Ermənistana səfər edəcək.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının daxili işlər nazirinin müavini Arpin Sarkisyan parlamentdə məlumat verib.
“Yaxın vaxtlarda Almaniyanın xarici işlər üzrə dövlət nazirinin Ermənistana səfəri planlaşdırılır. Ermənistan-Almaniya siyasi məsləhətləşmələri keçiriləcək. Payızda isə Ermənistan-Almaniya hökumətlərarası görüşü keçiriləcək”, - deyə nazir müavini bildirib.
Qeyd edək ki, Tobias Lindner bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olub.