Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı TRT nümayəndə heyətini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.
"Azərbaycan Dövlət Televiziyasının 60 ili aşan arxivlərinin rəqəmsal formata köçürülməsi ilə bağlı məlumat, texnologiya və təcrübə mübadiləsi çərçivəsində TRT Media İdarəetmə və Arxiv şöbəsinin müdiri M. Hilmi Önger və TRT Azərbaycan nümayəndəsi Murat Akkoç, TRT Rəqəmsal Arxiv heyəti səfir Cahit Bağcını ziyarət etdi, TRT-AZTV-TİKA əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verildi", - rəsmi məlumatda deyilir.