Macarıstanın baş naziri Viktor Orban ABŞ-ı tənqid edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Ukrayna müharibəsi barədə danışarkən ABŞ ilə bağlı tənqidi fikirlər səsləndirib.
"Ukraynadakı münaqişə ABŞ istəyən kimi bitəcək. Bütün dünya ABŞ-ın bunu hələ niyə istəmədiyini anlamır və cavab gözləyir", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.