Modern.az

Türkiyə XİN ASALA-nın öldürdüyü diplomatı ANDI

Türkiyə XİN ASALA-nın öldürdüyü diplomatı ANDI

14 İyul 2023, 10:36

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilən diplomat Dursun Aksoyun xatirəsini anıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

 

"Erməni terror təşkilatı ASALA tərəfindən 14 iyul 1983-cü il tarixində şəhid edilən Brüsseldəki səfirliyimizin inzibati attaşesi Dursun Aksoyu sayğı və rəhmətlə anırıq", - deyə qeyd olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu