Modern.az

Ermənistan və Rusiya deputatları birgə iclas keçirəcəklər

Ermənistan və Rusiya deputatları birgə iclas keçirəcəklər

Dünya

14 İyul 2023, 12:08

Ermənistan-Rusiya Parlamentlərarası Komissiyasının əməkdaşlıq üzrə növbəti iclasının vaxtı və yeri məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, toplantı iyulun 19-22-də İrkutskda keçiriləcək.

 

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyanın rəhbərlik etdiyi nümayəndə heyətində müxalifətin “Hayastan” fraksiyasından olan deputatlar da daxil olmaqla 8 parlamentari yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu