Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Mirzoyanın Lissabona səfəri çərçivəsində baş tutub.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, eləcə də Aİ-Ermənistan tərəfdaşlığı məsələlərini müzakirə ediblər.