Modern.az

Britaniyanın müdafiə naziri vəzifəsini tərk edəcək 

Britaniyanın müdafiə naziri vəzifəsini tərk edəcək 

Dünya

15 İyul 2023, 22:17

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles yaxın aylarda vəzifəsini tərk etmək niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə o, “Sunday Times” qəzetinə müsahibəsində danışıb.

Uolles növbəti hökumət dəyişikliyində vəzifəsini tərk edəcək. BBC mənbələrinə görə, bu, sentyabrda baş verə bilər.

Siyasətçi həmçinin gələn ilin sonundan gec olmayaraq keçiriləcək növbəti parlament seçkilərində namizəd kimi iştirak etməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək