Modern.az

Pakistandan İsveç hökumətinə ETİRAZ

Pakistandan İsveç hökumətinə ETİRAZ

16 İyul 2023, 10:59

Pakistan Xarici İşlər Nazirliyi Tövrat və İncilin yandırılmasına icazə verdiyinə görə İsveç hakimiyyətini tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

 

Pakistan XİN bildirib ki, söz və fikir azadlığı pərdəsi altında dini nifrət yaradan təhqiramiz əməllərə bəraət qazandırmaq olmaz.

 

Qeyd edək ki, iyunun 28-də - Qurban bayramının ilk günü Stokholmda məscidin qarşısında təxribat məqsədilə “Qurani-Kərim” yandırılıb. İsveçdə dəfələrlə müqəddəs kitablara qarşı bu kimi hallar yaşanır və etirazlara baxmayaraq İsveç polisi buna biganə qalır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi