Modern.az

Kosova “Bayraktar” PUA-larını əldə edib

Kosova “Bayraktar” PUA-larını əldə edib

16 İyul 2023, 15:11

Türkiyə istehsalı “Bayraktar” TB2 zərbə PUA-ları Kosova Silahlı Qüvvələrinin arsenalına daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kosovanun Baş naziri Albin Kurti bildirib.

 

“Ordumuzun arsenalını hökumət olaraq Türkiyədən aldığımız “Bayraktar” TB2 pilotsuz uçuş aparatları ilə təmin etdik. İki illik hökumət dövründə ordunun sayını 80 %-dən çox artırdıq, ordunun büdcəsini isə 100 %-dən çox”, - siyasətçi feysbukda yazıb.

 

Onun sözlərinə görə, Kosova “daha ​​da təhlükəsiz” olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi