Modern.az

Qaçqınların 76%-i Ukraynaya qayıtmaq istəyir

Qaçqınların 76%-i Ukraynaya qayıtmaq istəyir

Dünya

16 İyul 2023, 22:35

Müharibə səbəbindən Ukraynanı tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti gələcəkdə evinə qayıtmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının aprel-may aylarında apardığı sorğuda qeyd olunub.

 

Bildirilir ki, qaçqınların 75%-dən çoxu gələcəkdə evlərinə qayıtmağa ümid edir, lakin onların yalnız 15%-i yaxın gələcəkdə qayıtmağı planlaşdırır.

 

Zaporojye, Xerson və Dnepropetrovsk vilayətlərindən olan məcburi köçkünlər arasında geri qayıtmağa ümid daha çoxdur. Ukrayna ilə qonşu ölkələrdə məskunlaşan qaçqınların geri qayıtmaq ümidi digər Avropa ölkələrində yaşayanlarla müqayisədə daha yüksəkdir (71% qarşı 57%).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi