Modern.az

Çin və Rusiya hərbi təlim keçirəcək

Çin və Rusiya hərbi təlim keçirəcək

Dünya

16 İyul 2023, 23:02

Çinin dəniz donanması bazar günü Yapon dənizində Rusiyanın dəniz və hava qüvvələri ilə birgə təlimə qoşulmaq üçün yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təlim “strateji su yollarının təhlükəsizliyini qorumaq” məqsədi daşıyır.

 

Nazirlik rəsmi hesabında bildirib ki, beş döyüş gəmisi və dörd gəmi vertolyotundan ibarət Çin donanması şərqdəki Qingdao limanını tərk edib və əvvəlcədən müəyyən edilmiş ərazidə Rusiya qüvvələri ilə bir araya gələcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək