Modern.az

ABŞ-ın sursat ehtiyatları tükənmək üzrədir 

ABŞ-ın sursat ehtiyatları tükənmək üzrədir 

Dünya

17 İyul 2023, 00:33

Vaşinqton Ukraynaya hərbi yardım göstərdiyi üçün ABŞ-ın sursat ehtiyatı tükənir.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib .

 

“Prezident Co Baydenin administrasiyası vəzifəyə gəldikdən sonra müəyyən etdi ki, artilleriya atəşi üçün istifadə edilən standart NATO sursatı olan 155 sursatın ümumi ehtiyatı nisbətən azdır", - o bildirib.

 

Sallivanın sözlərinə görə, sursat ehtiyatlarını məqbul səviyyəyə çatdırmaq aylar deyil, illər çəkəcək.

 

"Prezident Bayden Pentaqona ABŞ-ın istənilən münaqişədə, istənilən vaxt ehtiyac duya biləcəyimiz bütün döyüş sursatlarını istehsal etmək qabiliyyətini genişləndirmək üzərində sürətlə işləməyi əmr etdi. Biz hər ay döyüş sursatı təchizatı imkanlarımızı artırırıq", - Sallivan vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək