Modern.az

Müharibəni bir günə bitirəcəm - Tramp

Müharibəni bir günə bitirəcəm - Tramp

Dünya

17 İyul 2023, 00:51

Donald Tramp yenidən ABŞ prezidenti olacağı təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində dayandıracağını vəd edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb. 

 

Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin dünya liderləri ilə işləmək iqtidarında olmadığını bildirib.

 

O, Baydendən fərqli olaraq həm Ukrayna lideri Volodimir Zelenski, həm də Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb.

 

“Mən Zelenskini çox yaxşı tanıyıram, Putini də çox yaxşı tanıyıram. Və mənim hər ikisi ilə çox yaxşı münasibətim var idi. Zelenskiyə deyirdim: "Bəsdir. Razılaşmalısan". Putinə isə deyirdim: "Əgər sövdələşmə etməsən, biz ona [Zelenskiyə] çox şey verəcəyik. Lazım gələrsə, biz [Ukraynaya] onların əldə etdiklərindən daha çoxunu verəcəyik". Müqaviləni bir günə bağlayacam. Bir günə”, - Tramp bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək