Böyük Britaniyanın daxili işlər nazirinin müavini Tom Tugendhat müdafiə naziri olmağa hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Hakim Mühafizəkarlar Partiyasının bir neçə üzvü Tugendhatı hazırkı müdafiə naziri Ben Uollesin varisi kimi görürlər.
Qeyd edək ki, Britaniyanın müdafiə naziri Ben Uolles daha əvvəl vəzifəsini payızda tərk edəcəyini bildirmişdi. O, Nazirlər Kabinetinin yenilənməsindən sonra siyasətdən tamamilə gedəcəyini dəqiqləşdirib.