Modern.az

Rusiyanın Su-25 qırıcısı qəzaya uğrayıb

Rusiyanın Su-25 qırıcısı qəzaya uğrayıb

Dünya

17 İyul 2023, 16:36

Rusiyanın Krasnodar vilayətində “Su-25” qırıcısı qəzaya uğrayıb. 


Modern.az xəbər verir ki, bu barədə “Netbaza” nəşri məlumat yayıb.


Hadisə “Su-25” təlim uçuşu həyata keçirərkən aerodrom yaxınlığında baş verib. Nəticədə qəzaya uğrayan qırıcı dənizə düşüb.


"Xilasedicilər pilotu çıxarıblar. Pilot sağdır, ona kömək edirlər. Eyni zamanda, hazırda hücum təyyarəsi sudan çıxarılır. Həmin ərazi dayazdır və təyyarə dərinliyə getməyib”,- məlumatda qeyd olunub.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək