Modern.az

Rusiya bizimlə yox, Ərdoğanla razılaşmanı pozdu - Zelenski

Rusiya bizimlə yox, Ərdoğanla razılaşmanı pozdu - Zelenski

Dünya

17 İyul 2023, 19:41

Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır, lakin bunun üçün Türkiyə və BMT-dən cavab lazımdır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində bildirib.

 

“Bizim iki razılaşmamız vardı: Ukrayna, Türkiyə, BMT; digər razılaşma isə Rusiya, Türkiyə, BMT-dir. Ona görə də Rusiya iştirakını dayandırdığını deyəndə, BMT-nin Baş katibi Quterreş və Prezident Ərdoğanla razılaşmalarını pozur, bizimlə yox. Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb”, - deyə Zelenski vurğulayıb.

 

Sazişlə bağlı BMT və Türkiyəyə Ukraynanın rəsmi mövqeyini çatdırmağı tapşırdığını bildirən Zelenski deyib: “Mən Rusiya Federasiyasının rəsmi mövqeyindən sonra Xarici İşlər Nazirliyimizə tapşırmışam ki, BMT-yə və Türkiyəyə bizim rəsmi mövqeyimizi hazırlasınlar. Ukraynanın taxıl sazişini davam etdirməyə hazır olduğuna dair cavab versinlər”.

 

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın iştirakı olmadan belə, hər şey edilməlidir ki, Ukrayna Qara dəniz dəhlizindən istifadə edə bilsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi