Modern.az

Təyyarə anqara çırpıldı - 5 ölü, 10 yaralı

Təyyarə anqara çırpıldı - 5 ölü, 10 yaralı

18 İyul 2023, 00:23

Polşada “Cessna” təyyarəsi insanlarla dolu anqara çırpılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Məlumata görə, təyyarə çətin hava şəraitində eniş zamanı insanların sığındığı anqara dəyib.

 

Ölənlərdən biri pilot, digərləri anqara sığınan şəxslər olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi