Modern.az

BMT ilk dəfə bu məsələyə görə TOPLANDI

BMT ilk dəfə bu məsələyə görə TOPLANDI

Dünya

18 İyul 2023, 22:28

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvləri ilk dəfə süni intellektin beynəlxalq sülh və təhlükəsizliyə təsirlərini müzakirə edib.

 

Modern.az xəbər verir ki, iclas BMT-nin Nyu-Yorkdakı binasında keçirilib.

 

Sessiyaya Britaniyanın xarici işlər naziri Ceyms Kleverli sədrlik edib.

 

BMT-nin Baş katibi Antonio Quterreş süni intellekti mətbəənin ortaya çıxması ilə müqayisə edib. O xatırladıb ki, çap kitablarının Avropada geniş yayılması üçün 50 il lazım olduğu halda, "ChatGPT" kimi süni intellekt tətbiqinin 100 milyon istifadəçiyə çatması cəmi iki ay çəkib.

 

"Süni intellektin həyatımızın hər sahəsinə təsir edəcəyi aydındır", - Quterreş bildirib və əlavə edib ki, bu texnologiyanın müsbət təsirlərlə yanaşı, ayrı-seçkilik, dezinformasiya və avtoritar nəzarətin artması kimi mənfi təsirləri də ola bilər.

 

Baş katib süni intellektlə bağlı BMT daxilində xüsusi təşkilatın yaradılması ilə bağlı təklifləri alqışlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi