Modern.az

Danimarka hökuməti Quranın yandırılmasını PİSLƏDİ

Danimarka hökuməti Quranın yandırılmasını PİSLƏDİ

Dünya

22 İyul 2023, 21:40

Müqəddəs kitabların, dini rəmzlərin məhv edilməsi qınanılmağa layiq biabırçı hərəkətdir.

 

Modern.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

 

"Danimarka hökuməti Quranın yandırılmasını pisləyir. Müqəddəs mətnlərin və digər dini simvolların yandırılması başqalarının dininə hörmət etməyən utancverici bir hərəkətdir. Bu, bir çox insanı incidən, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat xarakterli bir hərəkətdir", - bəyanatda deyilir.

 

XİN krallıqda dini etiqad azadlığının olduğunu və bir çox subyektin İslam dinini qəbul etdiyini xatırladır.

 

Kopenhagen polisi bildirib ki, iyulun 21-də İraq səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası zamanı Quran nüsxəsi olduğu göstərilməyən kitab yandırılıb. Danimarka Xarici İşlər Nazirliyi bunun müqəddəs kitabın yandırılması olduğunu etiraf edib. İlkin məlumata görə, hadisəni sağçı radikal "Danimarka Patriotları" qrupu törədib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?