Modern.az

Şimali Koreyanın raket buraxılışına ETİRAZ

Şimali Koreyanın raket buraxılışına ETİRAZ

24 İyul 2023, 22:35

Yaponiya hökuməti bazar ertəsi iki ballistik raketin buraxılması ilə bağlı Şimali Koreya hakimiyyətinə etiraz edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.


Qeyd olunur ki, etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə çatdırılıb.


Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər 350-400 kilometr məsafədə uçaraq Yapon dənizinə - Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi