İsrailin Təl-Əviv şəhərində məhkəmə islahatları haqqında qanunun parlament tərəfindən qəbul edilməsindən sonra genişmiqyaslı etiraz aksiyaları başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri yazıb.
Bildirilir ki, minlərlə etirazçı Təl-Əviv küçələrində yürüş keçirib.
Etirazçılar şəhərin küçələrini bağlayıblar, asayiş keşikçiləri su şırnaqlarından istifadə etməli olub.
Medianın məlumatına görə, bir etirazçı yaralanıb, altı nəfər saxlanılıb.