Modern.az

Türkiyə öz döyüş gəmisini istehsal edən 10 ölkədən biridir - Ərdoğan

Türkiyə öz döyüş gəmisini istehsal edən 10 ölkədən biridir - Ərdoğan

25 İyul 2023, 16:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə videomüraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki, o, Türkiyənin müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

 

"Türkiyə qarşıya çıxan bir çox maneələrə, gizli və açıq embarqolara baxmayaraq, müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verir. Türkiyənin müdafiə sənayesi sektoru son illərdə bütün dünya tərəfindən heyranlıqla izlənilən bir uğur hekayəsi yazır”, - o deyib.

 

Ərdoğan Türkiyənin pilotsuz uçuş aparatları (PUA) texnologiyası sahəsindəki imkanlarını yüksək qiymətləndirib və bu sahədə dünyanın ilk üç ölkəsi arasında olduğunu vurğulayıb. Dövlət başçısı əlavə edib ki, Türkiyə öz döyüş gəmisini istehsal edən 10 ölkədən biridir.

 

Qeyd edək ki, iyulun 28-nə qədər davam edəcək ən böyük qlobal müdafiə tədbirlərindən biri olan bu sərgidə quru nəqliyyat vasitələri, silahlar, simulyatorlar, radarlar, sonarlar, dəniz platforması həlləri, aviasiya sistemləri, raketlər, logistika vasitələri, təchizat avadanlığı və təhlükəsizlik sistemləri də daxil olmaqla, bir sıra müdafiə məhsulları nümayiş etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi