Modern.az

Rusiya məşhur telekanalın filiallarını arzuolunmaz elan etdi

Rusiya məşhur telekanalın filiallarını arzuolunmaz elan etdi

25 İyul 2023, 17:42

“Dojd” telekanalının Latviya və Niderland filialları Rusiyada arzuolunmaz təşkilat elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

 

“SIA TV Rain" (Latviya) və "TVR Studios BV" (Niderland) xarici təşkilatlarının Rusiya Federasiyasının ərazisində fəaliyyətlərinin arzuolunmaz kimi tanınması barədə qərar qəbul edilib”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, “Dojd” telekanlı 2021-ci ilin yayında Rusiyada “xarici agent” elan edilib. 2022-ci ilin martında Ukraynada müharibəyə başlayandan sonra telekanalın jurnalistləri ölkəni tərk ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi