Modern.az

Deputat və məmurlara qadağa - Ölkədən çıxa bilmirlər

Deputat və məmurlara qadağa - Ölkədən çıxa bilmirlər

Dünya

27 İyul 2023, 14:57

Ukraynalı deputat və məmurların ölkədən çıxışına qadağa qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə “Censor” nəşri məlumat yayıb.

 

Bildirilib ki, qadağa Ukrayna Prezident Ofisi tərəfindən tətbiq olunub, nəticədə xalq deputatlarının və məmurların xaricə getməsi məhdudlaşdırılıb.

 

"Bütün deputatların, məmurların Ukraynanı tərk etməsinə qadağa qoyulub. İnsanların reallıqla əlaqəsi kəsilib. İndi aidiyyəti orqanlar ezamiyyət, səyahət və digər sənədləri çox diqqətlə yoxlayırlar. İşgüzar səfərlər və xaricə məzuniyyətlərlə bağlı tənzimləyən qətnamə hazırlanacaq”, - deyə nəşrdə qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi