Modern.az

Dünyada koronavirusa yoluxma sayında kəskin AZALMA

Dünyada koronavirusa yoluxma sayında kəskin AZALMA

Dünya

27 İyul 2023, 21:58

Son bir ayda 234 ölkədən yalnız 122-də (52%) koronavirus (COVID-19) yoluxma halları qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji hesabatında bildirilir.

 

Təşkilat qeyd edib ki, 2022-ci ilin ortalarından etibarən yoluxma nisbəti davamlı olaraq azalır.

 

ÜST-nin məlumatına görə, son 28 gündə 868 min yeni yoluxma və 3,7 min ölüm faktı qeydə alınıb.

 

“ÜST-nin beş regionu həm yoluxma hallarının, həm də ölüm hallarının azaldığını bildirsə də, Qərbi Sakit Okean regionu həm yoluxma hallarının, həm də ölüm hallarının artdığını bildirdi”, - deyə təşkilat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi