Modern.az

Biz danışıqlara hazırıq - Putindən MESAJ

Biz danışıqlara hazırıq - Putindən MESAJ

28 İyul 2023, 15:44

Ukrayna ilə hərbi münaqişənin əsasını ABŞ və NATO-nun təhlükəsizlik təhdidlərinin yaradılması təşkil edir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika plenar iclasında deyib.

 

O əlavə edib ki, ABŞ, NATO və Ukrayna bütün ölkələrin, o cümlədən Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edir.

 

“Biz dəfələrlə danışmışıq və mən rəsmi şəkildə bildirmişəm ki, biz danışıqlara hazırıq, lakin danışıqlara məcbur edə bilmərik”, - deyə Putin vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi