Modern.az

Çində güclü yağışlar: 20 mindən çox insan təxliyə edildi

Çində güclü yağışlar: 20 mindən çox insan təxliyə edildi

Dünya

30 İyul 2023, 15:41

Çin hakimiyyəti Şijiazhuang şəhərində (Hebey əyalətinin şimalındakı mərkəzi) güclü yağışlar səbəbindən 20 mindən çox insanı təxliyə edib.

 

Modern.az Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, “Doksuri” tropik qasırğası bölgəyə güclü yağışlar gətirib. Son 36 saat ərzində bəzi ərazilərə 400 mm-dən çox yağış daxil olmaqla, Hebey əyalətinin çox hissəsini leysan yağışları vurub. Yerli meteoroloji xidmətlər təhlükənin qırmızı (yüksək) səviyyəsini elan edib.

 

11 milyondan çox əhalisi olan Şijiazhuang Pekindən təxminən 250 kilometr cənub-qərbdə yerləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu