Modern.az

Fransada yanğın: 100 hektar meşə məhv oldu

Fransada yanğın: 100 hektar meşə məhv oldu

30 İyul 2023, 15:52

Fransanın cənub-şərqində baş verən yanğın 100 hektara yaxın meşə sahəsini məhv edib.

 

Modern.az BFMTV kanalına istinadən xəbər verir ki, yanğın Nitsadan 60 km məsafədə yerləşən Berols kommunası yaxınlığında qeydə alınıb.

 

Telekanalın məlumatına görə, hazırda yanğın lokallaşdırılıb. Meteoroloqların məlumatına görə, ərazidə yanğının yenidən yayılmasına səbəb ola biləcək küləklərin əsəcəyi proqnozlaşdırılır.

 

İyulun ortalarında Fransa Prezidenti Emmanuel Makron quraqlıq səbəbindən ölkənin demək olar ki, yarısının yanğın təhlükəsi ilə üzləşdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir