Modern.az

Tonoyandan müharibə etirafları: İmkanlarımız sıfır idi

Tonoyandan müharibə etirafları: İmkanlarımız sıfır idi

Dünya

1 Avqust 2023, 11:57

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin detallarını öyrənmək üçün parlamentdə yaradılan komissiyada dindirilir.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, o, komissiya üzvlərinin sualları cavablandırır.

 

Tonoyan iclasdan öncə deyib ki, komissiyanın işi başa çatana qədər prosesdə iştirak etmək istəyir. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın çıxışından sonra kifayət qədər çoxlu sayda suallar yaranıb və bu səbəbdən komissiyanın iclasında iştirak edir.

 

Sabiq nazir iclas zamanı deyib ki, Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi:  “Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi”.

 

Eks-nazir vurğulayıb ki, 44 günlük müharibədən əvvəl vəziyyət təhlükəli olaraq qiymətləndirilirdi, lakin heç kim hərbi əməliyyatların başlama vaxtını proqnozlaşdıra bilmədi.

 

“Hərbi əməliyyatların başladığı ilk gün hər şeydən xəbərsiz idik, bu barədə heç bir məlumat yox idi”, - Tonoyan deyib.

 

"Müharibənin gedişatında vəziyyətin təhlükəli olduğunu bilirdim, daim məlumat alırdım. Bu gün müharibə ilə bağlı bütün sualları cavablandıracağam, indiyə kimi heç nə danışmamışdım", - o sözlərinə əlavə edib.

 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasına qatılıb. Sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq və hazırkı rəisləri Onik Qasparyan və Edvard Asryan, həmçinin digər yüksək rütbəli məmurlar da iclaslara dəvət olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir