Modern.az

Blinkenin müşaviri İrəvana GƏLİR

Blinkenin müşaviri İrəvana GƏLİR

Dünya

1 Avqust 2023, 12:28

ABŞ Dövlət Katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə erməni mediası ABŞ-ın İrəvandakı səfirliyinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, o, bu həftə Ermənistanda olacaq. Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək.

 

Xatırladaq ki, Luis Bono sonuncu dəfə may ayında bölgədə olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir