Modern.az

Müharibə başlayanda Ermənistanda deyildim - Tonoyan

Müharibə başlayanda Ermənistanda deyildim - Tonoyan

Dünya

1 Avqust 2023, 12:43

Müharibə başlayan günü mən Ermənistanda deyildim.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük Qarabağ müharibəsini araşdıran parlament komissiyasının iclasında deyib. 

 

O, sentyabrın 25-də, yəni müharibədən 2 gün əvvəl təlim məqsədilə ölkəni tərk etdiyini bildirib.

 

“25 sentyabr 2020-ci ildə Rusiya Federasiyasına hərbi təlimlərə göndərildim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədilə işgüzar səfər çərçivəsində Avropa İttifaqı və NATO üzvü olan ölkədə oldum. Ayın 26-sı axşam, müharibə başlamazdan əvvəl mən təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim. Orada danışıqlar aparılmalı idi. Silah və hərbi texnikanın alınması davam etdirilməli idi”, - keçmiş müdafiə naziri bildirib.

 

Tonoyan müharibə başladıqdan bir gün sonra İrəvana qayıtdığını vurğulayıb:

 

“Ayın 27-si səhər saatlarında Baş Qərargah rəisi telefonla mənə məlumat verdi. Bundan sonra baş nazirlə söhbətim oldu. Koronavirusun pis vəziyyətini nəzərə alaraq, iki-üç saat ərzində güclə təyyarə tapdıq və Ermənistana qayıda bildim. Qayıdışım maneələrlə oldu, amma bu barədə qapalı iclasda danışacağam. Mən Gürcüstan vasitəsilə qayıtdım. Sentyabrın 28-i səhər saat 4-də İrəvanda idim”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır