Türkiyə-Ermənistan sərhədini keçmək istəyən Suriya vətəndaşı saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Hadisə iyulun 20-də baş verib. Belə ki, adı açıqlanmayan şəxs qanunsuz olaraq Türkiyə ərazisinə keçməyə nail olub, daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin Türkiyə-Ermənistan sərhədinin Marqara sərhəd zastavasının ərazisində sərhədi keçərkən saxlanılıb
Suriya vətəndaşına qarşı Ermənistan Cinayət Məcəlləsinin sərhədi qanunsuz keçmə maddəsi ilə cinayət işi başlanılıb.