Polşa Belarus ordusuna məxsus helikopterlərin ölkənin hava məkanını pozduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Belarusla sərhədə əlavə qüvvələr göndərilib. Məlumata görə, Belarusun xüsusi işlər vəkili Polşa XİN-ə çağırılıb. NATO və Varşava arasında telefon əlaqəsi saxlanılıb.
Belarus Müdafiə Nazirliyi isə bildirib ki, “Mi-24” və “Mi-8” helikopterlərinin Polşa sərhədini pozması ilə bağlı ittihamlar əsassızdır.
Qeyd olunur ki, Belarus helikopterləri tərəfindən Polşa sərhədi pozulmayıb, Varşavanın bəyanatı sərhəd yaxınlığında qüvvələrin toplanmasına haqq qazandırmaq üçün lazımdır.