Modern.az

Türkiyə Suriyada əməliyyat keçirdi - 5 terrorçu zərərsizləşdirildi

Türkiyə Suriyada əməliyyat keçirdi - 5 terrorçu zərərsizləşdirildi

4 Avqust 2023, 15:32

Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyatları davam edir.


Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, Suriyanın şimalındakı Barış bulağı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.


“Türkiyə Silahlı Qüvvələri bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına layiq olduqları şəkildə müdaxilə edir”, - deyə məlumatda bildirilir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi