Modern.az

Mərakeşdə ağır yol qəzası - 24 nəfər öldü

Mərakeşdə ağır yol qəzası - 24 nəfər öldü

6 Avqust 2023, 18:29

Mərakeşin mərkəzində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində azı 24 nəfər ölüb.

 

Modern.az “Maghreb Arabe Press” informasiya agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Azilal əyalətində magistral yolda baş verib. Belə ki, əyalətin qərbindəki Demnat şəhərinə doğru gedən avtobus döngələrin birində aşıb.

 

Yerli məmurlar, mülki müdafiə işçiləri və Krallıq Jandarmının əməkdaşları olay yerinə hərəkət edib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı