Modern.az

Sabiq deputat döyüşdə həlak oldu

Sabiq deputat döyüşdə həlak oldu

7 Avqust 2023, 09:21

Ukraynanın Zaporojye şəhəri istiqamətində gedən döyüşlərdə IV çağırış xalq deputatı Sergey Slabenko həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb. 

 

Ali Rada sabiq deputatın ailəsinə və yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, Sergey Slabenko Ukraynanın keçmiş xalq deputatı (2002-2006), məhkəmələrin fəaliyyəti, məhkəmə prosesi və məhkəmə-hüquq islahatları üzrə alt komitənin rəhbəri olub.

 

2006-2009-cu illərdə Vəkillər Kollegiyasının Volın İxtisas və İntizam Komissiyasının attestasiya palatasının sədr müavini, 2015-2020-ci illərdə isə Volın Regional Şurasının deputatı, İstifadə Daimi Komissiyasının üzvü olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI